QR kod ilə giriş
İşçi telefonla QR-ı skan edir, GPS yalnız ofis ərazisindən girişi qəbul edir. Ayrıca tətbiq quraşdırmaq lazım deyil.
GATRO HR üz tanıma, barmaq izi və QR kod ilə giriş-çıxışı real vaxtda toplayır. Gecikməni, əlavə iş saatını və əmək haqqını Azərbaycan qanunvericiliyinə uyğun özü hesablayır.
Excel cədvəlləri, kağız jurnallar və əl ilə hesablama lazım olmur. Qaydaları bir dəfə qurursunuz, qalanını GATRO edir.
İşçi telefonla QR-ı skan edir, GPS yalnız ofis ərazisindən girişi qəbul edir. Ayrıca tətbiq quraşdırmaq lazım deyil.
Üz tanıma, barmaq izi və kart oxuyan giriş-çıxış qurğuları birbaşa qoşulur. Yeni işçi proqramdan bir toxunuşla cihaza əlavə olunur.
Aylıq davamiyyət, intizam balı, gecikmə siyahısı və Excel ixracı. Lazım olan hesabat bir kliklə açılır.
İşlənən günlər, gəlir vergisi və DSMF tutulmaları Azərbaycan qanunvericiliyinə uyğun avtomatik çıxarılır.
Normadan artıq işlənən saatlar və istirahət günündə iş avtomatik aşkarlanır, aylıq hesabatda ayrıca sətirdə göstərilir.
Şöbələr, rəhbər və köməkçilər, hər şöbəyə öz iş saatı.
Həftəlik cədvəllər, gecikmə və erkən çıxış hesabı.
Paneldən bir kliklə qapını uzaqdan açın, hər əməliyyat jurnala yazılır.
Kimin nəyi görüb dəyişə biləcəyini dəqiq təyin edin.
Gecikmə və vacib hadisələr rəhbərin telefonuna dərhal düşür.
Ərizə, təsdiq və qalıq günlər bir yerdə.
İşçi hesabları şirkət domenindən gəlir.
Qaydalar avtomatik tətbiq olunur, izahat tələbi bir kliklə göndərilir.
Rəhbər və işçi üçün telefondan rahat giriş.
Quraşdırmanı biz edirik. Sizin komanda yalnız işçi siyahısını və iş qaydalarını təsdiqləyir.
Şirkətiniz üçün ayrı server və baza qururuq, cihazları şəbəkəyə qoşuruq.
Şöbələr, rəhbərlər və iş saatları bir dəfə qurulur, işçilər cihaza avtomatik yazılır.
Üz, barmaq izi və QR ilə hər giriş-çıxış saniyələr içində panelə düşür.
Davamiyyət, əlavə saat və əmək haqqı bir kliklə Excel-ə çıxır.
GATRO-nu harada işlədəcəyinizi siz seçirsiniz.
Öz serveriniz yoxdursa, sistemi bizim serverimizdə qururuq. Serverin işləməsi, yenilənməsi və gündəlik ehtiyat nüsxələr bizim üzərimizdədir. 3–5 gün ərzində işə başlaya bilərsiniz.
Məlumatların şirkət daxilində qalmasını istəyirsinizsə, GATRO-nu öz serverinizə quraşdırırıq.
Fiziki serveriniz yoxdursa, VPS server icarəyə götürə bilərsiniz. GATRO-nu həmin serverdə biz quraşdırırıq. Partnyorumuz Jezahost-un data mərkəzi Bakıdadır, məlumatlarınız Azərbaycanda qalır.
jezahost.com →GATRO gecikmə, məzuniyyət və hesabat bildirişlərini e-poçtla göndərir. Bildirişlərin öz domeninizdən gəlməsi üçün korporativ e-poçtunuz yoxdursa (məsələn, hr@sirketiniz.az), partnyorumuz Jezahost-dan əldə edə bilərsiniz.
Hər müştəri ayrıca serverdə, ayrıca bazada işləyir. Başqa şirkətin sistemi ilə ortaq heç nə yoxdur.
Aylıq abunə. İstənilən vaxt paketi artıra və ya dayandıra bilərsiniz. Dəstək qiymətə daxildir, quraşdırma üçün bir dəfəlik kiçik haqq alınır.
İlk 3 ay pulsuzkiçik komandalar üçün
böyüyən şirkətlər üçün
böyük təşkilatlar üçün
Cavabını tapmadınız? Sağ aşağıdakı düymədən bizə yazın.
Hər müştəri üçün tamamilə ayrı server və baza qurulur. Məlumat şifrələnir və hər gün avtomatik ehtiyat nüsxəsi çıxarılır.
Bazarda geniş yayılmış üz tanıma, barmaq izi, kart qurğuları, turniket və qapı panelləri ilə işləyir. Qurğunuzun modelini bizə yazın, uyğunluğunu yoxlayaq.
Xeyr. QR kod işçinin telefonundakı brauzerlə skan olunur.
Dəstək abunəyə daxildir. Quraşdırma üçün bir dəfəlik kiçik haqq alınır, adətən 3–5 gün çəkir.
Bəli, ilk 3 ay pulsuzdur. Komandanızla sınayıb sonra qərar verirsiniz.
Paketdən asılıdır: 50 işçidən limitsizə qədər.
GATRO HR-ı öz komandanızda sınayın. Quraşdırma və izah üçün bizimlə əlaqə saxlayın.
Sualınızı yazın, şirkətinizə uyğun paketi birlikdə seçək.