QR kod, üz tanıma və barmaq izi cihazları ilə giriş-çıxışı real vaxtda izləyin. Şöbələr, rəhbərlər, növbələr və hesabatlar — hamısı bir sistemdə.
GATRO HR davamiyyətin bütün mərhələsini əhatə edir: cihazdan punch, qaydalar, şöbə strukturu və idarəçi hesabatları.
İşçi telefonu ilə QR kodu skan edir, GPS lokasiya yoxlanışı ilə yalnız ofisdən giriş təsdiqlənir. Saxta girişin qarşısı avtomatik alınır.
Hikvision və ZKTeco cihazları ilə tam inteqrasiya. Üz tanıma və barmaq izi punch-ları real vaxtda sistemə düşür.
Şöbələr yaradın, rəhbər və köməkçi təyin edin, hər birinin iş saatını fərdi tənzimləyin.
Şirkət və ya şöbə üzrə iş saatları, həftəlik cədvəllər, gecikmə və erkən çıxış hesablaması.
Ağıllı Hesabatlar, aylıq davamiyyət, intizam balı və Excel ixracı — idarəçi üçün dərin analitika bir kliklə.
Tam Azərbaycan dilli interfeys. İngilis və rus dilləri də əlavə olunur — komandanız hansı dildə rahatdırsa.
Hər müştəri üçün tamamilə ayrıca, izolə server və verilənlər bazası. Datanız şifrələnir və hər gün yedəklənir.
Davamiyyət əsasında əmək haqqı — Azərbaycan vergi qanunvericiliyinə (gəlir vergisi, DSMF) uyğun avtomatik hesablanır.
İcazə Mərkəzi ilə dəqiq səlahiyyət idarəsi, Telegram bildirişləri və Active Directory inteqrasiyası.
Admin paneldən 1 kliklə qapını uzaqdan aç, offline cihazlara icazəli kart siyahısını birbaşa yaz. Hər əməliyyat audit log-da; qapı keçidləri davamiyyət məlumatından tam ayrı saxlanılır.
Normadan artıq işlənən saatlar və off-day-də iş avtomatik aşkarlanır, aylıq hesabatda ayrıca göstərilir — əmək haqqından asılı olmayan təmiz saat izləməsi.
Şirkətiniz üçün ayrıca sistem qururuq, cihazları qoşuruq.
Şöbələr, işçilər, rəhbərlər — bir dəfə qurulur. İşçi proqramdan bir toxunuşla cihaza avtomatik əlavə olunur.
QR, üz və ya barmaq izi ilə giriş-çıxış avtomatik düşür.
İdarəçi panelindən aylıq davamiyyəti və hesabatları görür.
Aylıq abunə. İstənilən vaxt artıra və ya dayandıra bilərsiniz. Dəstək daxildir; kiçik quraşdırma haqqı ayrıca tələb olunur.
Hər müştəri üçün tamamilə ayrıca, izolə server və verilənlər bazası istifadə olunur. Datanız şifrələnir və hər gün avtomatik yedəklənir.
ZKTeco və Hikvision üz tanıma/barmaq izi cihazları, həmçinin qapı kontrollerləri ilə tam inteqrasiya edir. Yeni cihaz modelləri tələbə görə əlavə oluna bilər.
Xeyr — QR kod işçinin telefonundakı brauzerdən skan olunur, ayrıca tətbiq quraşdırmaq lazım deyil.
Dəstək abunə qiymətinə daxildir. Quraşdırma üçün bir dəfəlik kiçik haqq tələb olunur — adətən şirkətin tələblərindən asılı olaraq 3–5 gün çəkir.
Bəli — ilk 1 ay pulsuz sınaq müddətidir. Komandanızla sınayıb sonra qərar verə bilərsiniz.
Paketdən asılıdır — 50 işçiyə qədərdən limitsizə qədər. Yuxarıdakı qiymət cədvəlinə baxın.
GATRO HR-ı öz komandanızda sınayın. Quraşdırma və izah üçün bizimlə əlaqə saxlayın.
info@gatrohr.com →