GATRO partnyor proqramı

Müştəriləriniz var? Hər ay qazanın.

Giriş-çıxış qurğusu quraşdırırsınız, şirkətlərə İT, mühasibat və ya HR xidməti göstərirsiniz? GATRO HR-ı müştərilərinizə tövsiyə edin. Onlar abunəni ödədikcə öz payınızı hər ay alırsınız.

30%satış partnyoruna
15%tövsiyəçiyə
Hər aymüştəri ödədikcə
Partnyor hesabıSatış partnyoru · 30%
0 ₼bu ay qazancınız · 5 aktiv müştəri
  • RŞRestoran şəbəkəsi3 filial · 140 işçi+75 ₼
  • TŞTikinti şirkətiObyekt · QR + GPS+60 ₼
  • KLKlinikaÜz tanıma · 60 işçi+45 ₼
  • MSİstehsal sexiTurniket · 210 işçi+90 ₼
  • ÖMÖzəl məktəbBarmaq izi · 45 işçisınaq ayı
İllik: 0 ₼Rəqəmlər nümunədir
Kimlərlə işləyirik: QURĞU QURAŞDIRANLARİT VƏ İNTEQRATORLARMÜHASİBATHR AUTSORSİNQTÖVSİYƏÇİLƏR
Kimlər üçün

Şirkətlərlə artıq işləyirsinizsə, müştəriniz hazırdır

Siz müştərinizi tanıyırsınız, biz isə ona işləyən sistem veririk. Qazanc da ikimizə olur.

Qurğu quraşdıranlar

Turniket, üz tanıma və barmaq izi terminalı qurursunuz. Müştəri isə hesabatı harada görəcəyini soruşur. GATRO-nu qurğu ilə birlikdə təklif edin.

İT və sistem inteqratorları

Şirkətlərin şəbəkəsinə, serverinə, Active Directory-sinə baxırsınız. GATRO bu infrastruktura birbaşa qoşulur.

Mühasibat və HR autsorsinq

Hər ay tabel və əmək haqqı hazırlayırsınız. Müştəriniz GATRO işlədəndə davamiyyət sizə hazır gəlir, işiniz azalır.

Fərdi tövsiyəçilər

Şirkətin olmasa da tanışlarınız var: HR menecer, direktor, sahibkar. Bizi tanış edin, satışı biz edək.

İki səviyyə

Nə qədər iştirak edirsinizsə, payınız o qədər böyükdür

Hər iki səviyyədə faiz müştərinin aylıq abunəsindən hesablanır və müştəri ödədikcə hər ay davam edir.

Tövsiyəçi

müştərini tanış edirsiniz

15%hər aylıq ödənişdən
  • Müştərini bizə yönləndirirsiniz, ya da birlikdə görüşürük
  • Demonu, satışı və quraşdırmanı biz edirik
  • Müştəriyə dəstəyi biz veririk
  • Müştəri qaldıqca payınız davam edir
Tövsiyəçi ol
QURĞU QURAŞDIRANLAR ÜÇÜN

Satış partnyoru

özünüz satırsınız

30%hər aylıq ödənişdən
  • Tövsiyəçidəki hər şey, üstəlik:
  • GATRO-nu öz müştərinizə özünüz təqdim edirsiniz
  • Qurğu və şəbəkə tərəfində ilk dəstəyi siz verirsiniz
  • Pulsuz demo hesabı və təqdimat materialları
  • Texniki suallarda prioritet dəstək
Satış partnyoru ol
Necə işləyir

Dörd addımda partnyor olun

01

Müraciət

Aşağıdakı formu doldurun. Sizinlə əlaqə saxlayıb proqramı izah edirik.

02

Razılaşma

Səviyyəni seçirik və sadə partnyorluq müqaviləsi bağlayırıq.

03

Müştəri

Müştərinizi tanış edirsiniz. Demonu birlikdə göstəririk, ilk 3 ay müştəri üçün pulsuzdur.

04

Hər ay qazanc

Müştəri abunəni ödədikcə payınız hər ay sizə köçürülür.

Qazanc hesablayıcısı

Bir dəfə tanış edin, hər ay qazanın

Müştərilərinizin sayını və onların aylıq ödənişini seçin. Real məbləğ müştərinin paketindən və işçi sayından asılıdır.

Pulsuzpartnyor olmaq heç nəyə başa gəlmir
Limitsizmüştəri sayına həd yoxdur
Şəffafhər ay hansı müştəridən nə qədər gəldiyini görürsünüz
Aylıq qazancınız225 ₼
İllik qazancınız2 700 ₼

Hesablama nümunədir və qiymət təklifi deyil.

Niyə GATRO

Müştərinizə rahat satılan sistem

Azərbaycan üçün qurulub

Tabel, əlavə iş saatı, gəlir vergisi və DSMF yerli qanunvericiliyə uyğun hesablanır.

Mövcud qurğularla işləyir

Üz tanıma, barmaq izi, kart və turniket. Qurğusu olmayan müştəri üçün QR + GPS.

Ayrı server, ayrı baza

Hər müştərinin məlumatı təcrid olunur və hər gün ehtiyat nüsxəsi çıxarılır.

İlk 3 ay pulsuz

Müştəri risk etmir: əvvəl sınayır, bəyənəndən sonra ödəyir. Sizə “hə” demək asanlaşır.

Azərbaycan dilində dəstək

Müştərinin suallarına birbaşa biz cavab veririk, sizin vaxtınız getmir.

Aylıq abunə

Böyük birdəfəlik xərc yoxdur. Müştəri qaldıqca sizin də gəliriniz davam edir.

Suallar

Partnyorların soruşduqları

Cavabını tapmadınız? Sağ aşağıdakı düymədən bizə yazın.

Partnyor olmaq pulludurmu?

Xeyr. Partnyorluq pulsuzdur, heç bir ilkin ödəniş və ya satış planı yoxdur.

Faizi nə qədər müddət alıram?

Müştəri GATRO-dan istifadə edib abunəni ödədikcə, hər ay. Müddət məhdudiyyəti yoxdur.

Faiz nədən hesablanır?

Müştərinin aylıq abunə ödənişindən. Bir dəfəlik quraşdırma haqqı faizə daxil deyil.

Müştəri ödəniş etməsə nə olur?

Həmin ay pay hesablanmır. Müştəri ödənişi bərpa edəndə payınız da davam edir.

Müqavilə bağlanırmı?

Bəli, səviyyəni, faizi və ödəniş qaydasını göstərən sadə partnyorluq müqaviləsi bağlanır.

Satışdan başım çıxmır, yenə olarmı?

Əlbəttə. Tövsiyəçi olun: sadəcə bizi tanış edin, demonu və satışı biz edirik.

Müştərimin qurğusu GATRO ilə işləyəcəkmi?

Qurğunun modelini bizə yazın, uyğunluğunu yoxlayaq. Qurğu yoxdursa, işçilər telefonla QR + GPS ilə qeydiyyatdan keçə bilər.

Partnyor olmaq üçün müraciət edin

Formu doldurun, “Göndər” düyməsi müraciətinizi WhatsApp-da bizə hazır mesaj kimi açacaq. Bir iş günü ərzində cavab veririk.

Səviyyə